Turan elinin FƏDAKAR ƏSGƏRİ...

Turan elinin FƏDAKAR ƏSGƏRİ...
Türk birliyinə təmənnasız xidmətiniz, Türk Birliyi və Türk xalqlarının  diaspor təşkilatları ilə bağlı görülən bütün işlərdə əsas təşəbbüskarlardan biri kimi çıxış etməniz Sizi və ölkəmizi Türk Birliyinin möhkəmlənməsində, real birliyinin yaranmasında əsas  amalınıza çevirib.
Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi də Azərbaycan və Türk xalqlarının diaspor təşkilatları ilə əlaqələrin qurulmasında, ortaq layihələrin həyata keçirilməsində sizin gördüyünüz işlər çox əhəmiyyətli olub..
İnanırıq ki, sizin kimi milli qüruru olan şəxslərin sayəsində, tarixdə hər zaman olduğu kimi bu gün də Azərbaycan Türk dünyasının əsas üzvü olacaqdır.

Bu gün sizin yubileyinizdir, 65 yaşınız tamam olur, Sizin haqqınızda çoxdandır yazmaq istədiyim sözlər sinəmdə daş kimi yığılıb qalmışdı. Sizin Türk dünyasının möhkəmlənməsi, daha da inkişaf etməsi yolunda gördüyünz işləri balaca bir yazıya sığışdırmaq mümkün deyil, ömrünüzün çox hissəsini Türkçülüyə həsr etmisiniz. Təsadüfi deyil ki, ad gününüzdə "TÜRKÇÜLÜK GÜNÜ" ilə üst-üstə düşür. Hər il siz öz ad gününüzü yox, may ayının 3-də "TÜRKÇÜLÜK GÜNÜ"nü geniş şəkildə qeyd edirsiniz.
Ad günləri, insanlar üçün sadəcə yaşın tamamlanması deyil, həm də keçmişin qiymətləndirilməsi və yeni ümidlərin, hədəflərin qurulması üçün əlamətdar bir zamandır. Bu günün mahiyyəti dostlarla  əlaqələrin gücləndirilməsindən ibarətdir. Sevdiyiniz insanlar bu gündə sizə göstərdikləri diqqətlə əlaqələrinizi daha da möhkəmləndirir, sizin üçün xüsusi məna daşıdıqlarını xatırladırlar. İlham Bəy yubileyinizi təbrik edir, bu şərəfli yolda sizə can sağlığı arzulayırıq.
Bilman İSAQ
İsmayılov İlham Surxay oğlu 1960-cı il may ayının 1-də Salyan rayonunun Qaraçala qəsəbəsində, 1948-1953-cü illər repressiyalar zamanı Qərbi Azərbaycandan deportasiya olunmuş ziyalı ailəsində anadan olmuşdur.
1977-ci ildə Qaraçala qəsəbə orta məktəbini bitirmişdir.
1987-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun kənd təsərrüfatının mexanikləşdirilməsi fakültəsini bitirmişdir.
1979-1981-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
Əmək fəaliyyətinə 1978-ci ildən Salyan rayonu, Qaraçala qəsəbəsində fəhləlikdən başlayaraq Salyan rayon İcra Hakimiyyəti başçısının müavini – Kənd Təsərrüfatı və Ərzaq İdarəsinin rəisi vəzifəsinədək yüksəlmişdir.
1994-cü ildən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində Pambıq Emalı və Satış İdarəsinin rəis müavini vəzifəsində çalışmışdır.
2004-cü ildən bu günədək ATXƏM-in sədri vəzifəsində çalışır.
Ailəlidir, 3 övladı var.
скачать dle 12.1
Geri qayıt