Erməni ordusunda ölüm halları buna görə çoxalıb
“Ermənistan Silahlı Qüvvələrində ölüm hallarının qarşısının alınması istiqamətində aparılan işlər müəyyən edilmiş meyarlara cavab vermir”.GunAz.az xəbər verir ki, bunu hüquq müdafiəçisi Anahit Manasyan parlamentin İnsan hüquqlarının müdafiəsi və ictimai məsələlər komissiyasının növbədənkənar iclasında deyib.
Ombudsman onu da vurğulayıb ki, Ermənistanda işgəncə və pis rəftarın digər formaları hallarının araşdırılması da beynəlxalq standartlara cavab vermir. Onun sözlərinə görə, əsas tələblərdən biri istintaqın təcili aparılmasıdır.
