Bu məlumatlarınızı heç kimlə paylaşmayın!

Bu məlumatlarınızı heç kimlə paylaşmayın! Aprelin 16-da vətəndaşların bank kartlarından 15040 manat oğurlanıb.
GunAz.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dünən ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 4709, 4000, 2375, 1500, 790, 514, 464, 234, 200, 167, 87 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Nazirlik vətənaşlara kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodunu başqaları ilə paylaşmamağı tövsiyə edib.

скачать dle 12.1
Geri qayıt