Dustaqları ağladan Ağasəlim Çildağ
Əliağa Vahidin yetirmələrindən olan meyxana ustası Ağasəlim Çildağın Sovet dövründə həbs olunub.
GunAz.az bildirir ki, Bayıl türməsində ondan meyxana deməsini istəyirlər. Ancaq dustaqlar arasında molla da olur. Ağasəlim deyir ki, molla icazə versə, deyərəm. Molla cavabında deyir ki, ah-zarımızdan desən, icazə verərəm, “ay can alan, candı bizim məhləmiz” qafiyəsi ilə desən, icazə vermərəm. Bundan sonra Ağasəlim Çildağ “Necə gör, xar eləyibdi, belə qəmxanə bizi” qafiyəsi ilə mərsiyə üstündə meyxana deyib. Onun meyxanasından sonra kameradakı dustaqlar hamısı ağlamağa başlayır. Bundan sonra Ağasəlim Çildağı kameraya salmırlar, “səni qəfəsə salmaq düzgün deyil” deyib ona ayrıca otaq verib dustaqlara tərbiyəçi təyin edirlər.
Ağasəlim Çıldağın anım günüdür.
Ağasəlim Çıldağın anım günüdür.
