ADY-də yüksək vəzifəyə TƏYİNAT

ADY-də yüksək vəzifəyə TƏYİNAT “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Kommunikasiya departamentinin rəhbəri vəzifəsinə təyinat olub.
GunAz.az xəbər verir ki, bu vəzifəyə Turxan Əhməd təyin edilib.
Bununla bağlı müvafiq əmr imzalanıb. T.Əhməd bu gündən vəzifəsinin icrasına başlayıb. O, bundan öncə bp Azərbaycan şirkətində çalışıb.
Qeyd: 2024-cü ilin fevralında ADY-nin Kommunikasiya departamentinin rəhbəri Aybəniz İsmayılova nöqsanlara görə vəzifəsindən azad edilib.

скачать dle 12.1
Geri qayıt