Həcc ziyarətinə gedənlərə viza xəbərdarlığı

GunAz.az Metbuat.az-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyindən verilən yazılı açıqlamada Ümrə namazını qılacaq şəxslərin Səudiyyə Ərəbistanına daxil olmaq üçün son tarixin 13 aprel, çıxış üçün son gün isə 29 aprel olacağı bildirilib.
Açıqlamda Ümrə vizalarının verilməsinin iyunun 10-dək dayandırılacağı bildirilib.
“Müqəddəs paytaxta (Məkkəyə) daxil olmaq üçün iş icazəsi, Müqəddəs Paytaxt İdarəsi tərəfindən verilmiş yaşayış icazəsi və ya etibarlı Həcc vizasının olması lazımdır”, – deyə məlumatda qeyd edilib.