Tanınmış qələm sahibindən Mədəniyyət Nazirliyinə çağırış: Hansı ixtiyarla həddinizi aşaraq bu əsərin əhəmiyyətini aşağılayırsınız?!

Tanınmış qələm sahibindən  Mədəniyyət Nazirliyinə çağırış: Hansı ixtiyarla həddinizi aşaraq bu əsərin əhəmiyyətini aşağılayırsınız?!
Budur, Heydər Əliyev dühası
“Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” əsərinin acınacaqlı taleyi
 Bakı – Tbilisi - Ceyhan neft boru kəməri Azərbaycan Respublikasının tarixində misli görünməmiş nailiyyətdir.  Bakıdan Ceyhana qədər keçilən çətin və şərəfli yol xalqımızın dahi oğlu və Ümumilli lideri Heydər Əliyevin neft strategiyasının real və parlaq  qələbəsidir. Bu strategiyanın həyata keçirilməsi respublikamızın hər tərəfli dinamik inkişafı, nüfuz və mövqelərinin beynəlxalq arenada möhkələndirilməsi, milli təhlükəsiziliyinin yüksək səviyyədə təmin olunması deməkdir. Bu gün bu strategiyanı möhtərəm prezidentimiz İlham Əliyev uğurla davam etdirir.
Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri, Əməkdar Mədəniyyət  işçisi, Azərbaycan Yazıçılar Birliyinin və Teatr Xadimləri İttifaqının  üzvü, yazıçı - dramaturq, yaradıcılığının böyük bir hissəsini Ulu Öndərimiz Heydər Əliyevin dövlətçilik fəaliyyətinə həsr etmiş 86 yaşlı  Marat Haqverdiyevin “Əsrin möcüzəsi və üç dəniz əfsanəsi” (dram və bədii film ssenarisi) tarixi əhəmiyyətli əsərinin taleyi məni bu yazını yazmağa vadar etdi.
Əsərləri  respublikamızda Akademik Milli Dram, Akademik Musiqili, Gənc Tamaşaçılar Teatrı və başqa teatrlarda, eləcə də Türkiyənin İstanbul şəhərində Sarıyer Bələdiyyə, Çəmbərlitaş FKM və başqa teatrlarında uğurla tamaşaya qoyulmuş Marat Haqverdiyevin   Azərbaycan Dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş ən möhtəşəm bədii əsər olan “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” (dram və bədii film ssenarisi)  çağdaş Azərbaycan ədəbiyyatı və tarxində xüsusilə mühüm siyasi-tarixi və müstəsna əhəmiyyəti olan və son dərəcə aktuallığı ilə seçilən bir əsərdir. 
Qeyd edim ki, M.Haqverdiyev AzTV və başqa televiziya kanalları ilə dəfələrlə nümayiş etdirilmiş “Qarabağ şikəstəsi”, “Səninlə və sənsiz”, “Səni gözləyirəm” və başqa bədii televiziya filmlərinin ssenari müəllifidir.
“Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” əsərini oxuduqdan sonra  bu misilsiz şəxsiyyətin xalqımız üçün etdiyi işlərin möhtəşəmliyini, tarixi dəyər və miqyaslarının nə qədər çətin və əhatəli olduğunu bir daha dərk edirik. Heydər Əliyev dühasının əzəmətini, onun şəxsiyyətinin böyüklüyünü, tarixin yetişdirdiyi bu əvəzolunmaz şəxsiyyətin  bizə Allahın bir lütfü olduğunu aydın görürük.
Əgər belədirsə, bəs belə bir tarixi şəxsiyyətin bütövlükdə fəaliyyətinə həsr olunan bir əsərin ekranlaşdırılmasının qarşısını alan nədir və hansı səbəblərdir? Elə bizi narahat edən bu sualdır.
  Müəllif əsəri əvvəlcə “Üç dəniz əfsanəsi” (dram və bədii film ssenarisi)  adıyla yazıb. Xüsusilə mühüm siyasi-tarixi və müstəsna əhəmiyyət kəsb etdiyinə görə “Üç dəniz əfsanəsi” əsəri  bir qayda olaraq teatr səviyyəsində deyil, tələb olunan ən yüksək səviyyədə - Prezident Administrasiyası (siyasi şöbə) və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən siyasi və bədii cəhətdən bəyənilərək Nazirliyin 2013-cü il üçün təsdiq etdiyi Repertuar planına daxil edilmiş, əsərin hazırlanması Gəncə Dövlət Dram Teatrına həvalə edilmiş və əsər həmin teatrın səhnəsində tamaşaya qoyulmuşdur. 
Qeyd etmək istəyirəm ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, sənətşünaslıq doktoru, çox hörmətli Ədalət Vəliyev və Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, çox hörmətli Fərəh xanım Əliyeva Mədəniyyət Nazirliyində müvafiq olaraq nazir müavini və incəsənət şöbəsinin rəisi vəzifəsində çalışarkən “Üç dəniz əfsanəsi” əsərini bəyənmiş və öz imzaları ilə təsdiq etmişdilər. 
Xalq yazıçı Anarın rəhbərlik etdiyi Azərbaycan Yazıçılar Birliyinin «Literaturnıy Azərbaycan» aylıq ədəbi-bədii jurnalı “Üç dəniz əfsanəsi” (“Legenda tryox morey”) dram əsərini bəyənərək “Əsrin Müqaviləsi”nin 25 illiyi (Kontrakt Veka – 25) münasibətilə 2019-cu ilin oktyabr ayında tam həcmdə rus dilində çap etmişdir. 
Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar olaraq  müəllif M.Haqverdiyev “Üç dəniz əfsanəsi” əsəri üzərində əsaslı surətdə yenidən işləyərək onu “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” adlı daha mükəmməl ekran və səhnə əsərinə çevirmişdir. 
 Milli Məclisin deputatı, akademik, Atatürk Mərkəzinin rəhbəri, çox hörmətli Nizami Cəfərov“Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” dram əsərini bəyənmiş və  onun tapşırığı ilə “Elm və təhsil” nəşriyyatı bu əsəri ayrıca kitab şəklində çap etmişdir. 
Əsərin əsas mahiyyəti- Azərbaycanın yeni neft strategiyası, qüdrətli dövlət rəhbəri Heydər Əliyevin böyük nüfuzu və siyasi iradəsi sayəsində dünyada analoqu olmayan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri layihəsinin gerçəkləşməsi yolunda yaranan ciddi maneə və problemlərin, terror və təxribatların aradan götürülməsi, müqəddəs dinimizə, milli-mənəvi dəyərlərimizə göstərilən daimi diqqət və qayğı, ölkəmizdə hökm sürən dini, milli tolerantlıq, eləcə də çoxəsrlik tarixində özünün ən uğurlu və parlaq dövrünü yaşayan azad və müstəqil Azərbaycan həqiqətləri –  Respublikamızın Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizin bütün həyati əhəmiyyətli sahələrinin dinamik inkişafında qazandığı misilsiz nailiyyətlər, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən Qarabağ torpaqlarının işğaldan azad olunması, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığından ibarətdir.
Görkəmli yazıçı-dramaturq M.Haverdiyev bu möhtəşəm tarixi-bədii əsərin “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi”  bədii film ssenari¬sinin 2025-ci ildə ekranlaşdırılması xahişi ilə göndərdiyi 18 oktyabr 2024-cü il tarixli məktubuna Nazirliyin Kino Agentliyi tərəfindən baxılmışdır. Lakin çox təəssüflər olsun ki, Kino Agentliyi Ulu Öndər, xalqımızın Dahi lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş ən yüksək səviyyələrdə bəyənilmiş, müasir və müstəqil Azərbaycan dövlətinin tarixində yuxarıda qeyd olunmuş mövzuda yazılmış, bu yeganə (alternativi olmayan) bədii əsərin (bədii film ssenarisinin) taleyini tələb olunan yüksək səviyyədə, yəni Prezident Administrasiyası və Mədəniyyət Nazirliyi səviyyə¬sində həll etmək əvəzinə, həddini aşıb özbaşınalıq göstərərək əsərin əhəmiyyətini aşağılayır, hörmətsizlik göstərərək əsərin taleyinin həllini adi, növbəti ssenarilərə aid olan səviyyəyə salır və 27.12.2024-cü il tarixli məktubu iləgələcəkdə, müsabiqədə iştirak etməyini tövsiyə edir. 
Nəcibə İLKİN
скачать dle 12.1
Geri qayıt