"Nigar Fərhadla bağlı tədbir görüləcək" - Kanal S-in Baş direktor müavini

GunAz.az xəbər verir ki, manset.az cəmiyyətdə ciddi rezonans doğuran bu məsələ ilə bağlı “Kanal S”in Baş direktor müavini Ramin Mustafayevlə əlaqə saxlayıb.
O, açıqlamasında irəliləyən dəqiqələrdə Nigar Fərhad haqqında tədbir görüləcəyini bildirib:
“Bu barədə kanalımızın baş direktorunun da məlumatı var. Bəli, bununla bağlı tədbir görüləcək. Hələki qərarı gözləyirik”.
Qeyd edək ki, Nigar Fərhad zaman-zaman qalmaqallı açıqlamaları ilə gündəmə gəlib və sərt tənqid olunub.