Qədim köklərə malik bayramımız

Novruz bayramı Azərbaycan xalqının ən mühüm və sevimli bayramlarından biridir. O, yazın gəlişini və 20-21 mart astronomik yeni ilin başlanmasını bildirir.
Qədim köklərə malik olan bu bayram bir çox adət və ənənələrə malikdir. Bu adət ənənələr məhv olan və canlanan təbiətlə, sehrli qüvvələrlə bağlıdır. Ay ərzində hər həftənin çərşənbə axşamı günü 4 ünsürə - su, od, torpaq və bayram qabağı sonuncu çərşənbə axşamı - “Axır çərşənbə” küləyə həsr olunur, həmin gün ağaclarda tumurcuqlar açır və yaz gəlir. Hesab edilir ki, birinci çərşənbədə su hərəkətə gəlir və yenilənir, ikinci çərşənbədə tonqal qalanır. Bu günlərin hər biri ilə xalq arasında inanclar, şeirlər, ayinlər, oyunlar mövcuddur.
Ulu Öndər Heydər Əliyev Novruz bayramına böyük əhəmiyyət verən dövlət xadimi idi. O, həm SSRİ dönəmində, həm də müstəqillik illərində Novruzu xalqın milli-mənəvi dəyərlərinin ayrılmaz hissəsi kimi dəyərləndirirdi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdı və Novruzun dövlət səviyyəsində geniş qeyd edilməsinə şərait yaratdı. O, Novruzu yalnız bayram kimi deyil, həm də Azərbaycan xalqının milli kimliyinin və tarixinin bir hissəsi kimi görürdü.
Ulu Öndər Heydər Əliyev çıxışında dediyi kimi “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” Bu gün artıq həmin sitat reallıqa çevrilmişdir. Hər birimiz hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır. Beşinci dəfədir ki, bu gözəl bahar bayramı işğaldan azad edilmiş torpaqlarda qeyd edilir. Artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramı Prezident Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə hər il doğma Qarabağ diyarında qeyd edilir.
Türkanə Mübariz
Türkanə Mübariz