Sahurda alma sirkəsi için

GunAz.az xəbər verir ki , qan şəkərini tənzimləyə bilər - Oruc zamanı uzun müddət ac qalındığı üçün qan şəkərinin balanslı qalması vacibdir. Alma sirkəsi insulin həssaslığını artıraraq qan şəkərinin qəfil yüksəlməsinin qarşısını ala bilər.
Həzm sistemini dəstəkləyir - Oruc müddətində mədə boş olduğu üçün həzmi yaxşılaşdırmaq vacibdir. Alma sirkəsi mədə turşusunu artıraraq həzmə kömək edə bilər.
Susuzluğu azalda bilər - Bəzi insanlar sahurda alma sirkəsi içdikdən sonra gün ərzində daha az susadıqlarını bildirirlər.
Metabolizmi sürətləndirə bilər - Yağ yandırmağa və çəki nəzarətinə kömək edə bilər.
Diqqət edilməli məqamlar:
Ac qarına içmək olmaz - Mədəni qıcıqlandıra bilər. Mütləq su ilə qarışdırılmalıdır. (1 stəkan suya 1 xörək qaşığı alma sirkəsi).
Mədə problemləri olanlar ehtiyatlı olmalıdır - Reflü və ya qastrit kimi problemləriniz varsa, alma sirkəsi narahatlıq yarada bilər.
Diş minasına zərər verə bilər - Daimi istifadə edirsinizsə, içdikdən sonra ağzınızı su ilə yaxalamaq faydalı olar.
Əgər sahurda alma sirkəsi içmək istəyirsinizsə, 1 çay qaşığı sirkəni 1 stəkan ilıq su ilə qarışdırıb içmək ən yaxşı üsuldur.