Gənclərimizin fədakarlığı Vətənimizin BÜTÖVLÜYÜDÜR

Gənclərimizin fədakarlığı Vətənimizin BÜTÖVLÜYÜDÜR
Bu, Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra, digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı.
 Dünyada yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilmişdir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan qurtaran və Azərbaycanın ərazi bütövlüyünü təmin edən rəşadətli Ordumuzun şəxsi heyətinin mütləq əksəriyyətini gənclər təşkil etmişdir. Müasir cəmiyyətimizin ən dəyərli üzvləri kimi gənclərimizin Vətən müharibəsindəki qəhrəmanlığı tarixdə əbədi yaşayacaqdır. Düşmənlərə qarşı mübarizədə fədakarlıq göstərən və həyatını qurban verən şəhid gənclərimizi bu gün rəhmətlə anır, ailələrinə səbr və dözüm diləyirik.
Bu əlamətdar gündə gənclərimizi təbrik edir, xidməti vəzifələrinin icrasında və şəxsi həyatda uğurlar arzulayırıq!
Bilman İSAQ 
GunAz.az
скачать dle 12.1
Geri qayıt