“ChatGPT”sürətli şəkildə yüklənir

GunAz.az xəbər verir ki, bu barədə “TechCrunch” məlumat yayıb.
Məlumata görə, istifadəçilər 2024-cü ildə süni intellekt tətbiqlərinə 1,42 milyard dollar xərcləyiblər. Bu rəqəm 2023-cü illə müqayisədə 274% çoxdur. Tədqiqatçılar qeyd edirlər ki, bu cür xidmətlərin əsas istifadəçiləri kişilərdir.
Bu günə qədər “ChatGPT” 353 milyon dəfə endirilib.
Bu mobil tətbiq istifadəçilərinin yarısından çoxu 25 yaşdan kiçikdir ki, bu da gənc nəsillərin yeni texnologiyalara daha açıq olduğunu göstərir.