Yüksək hazırlığı, mənəvi yetkinliyi, ədəbi istedadı olan EYNƏLİ BƏY
Görkəmli yazıçı-publisist və pedaqoq Eynəli bəy Sultanovun çoxşaxəli fəaliyyəti Azərbaycan ictimai fikir tarixində mühüm mərhələ təşkil edir. 1866 - cı il mayın 5 - də Naxçıvan şəhərində anadan olan Eynəli bəy Sultanov ilk təhsilini Naxçıvan qəza məktəbində almışdır. 1880 - 1886 - cı illərdə "İrəvan kişi gimnaziyası”nda təhsilini davam etdirən gənc Eynəli öz bilik səviyyəsini xeyli zənginləşdirmiş, Avropa ədəbiyyatını və Qərb maarifçiliyini dərindən mənimsəmişdir. 1886 - cı ildə gimnaziyanın yeddinci sinfindən çıxdıqdan sonra yüksək hazırlığı, mənəvi yetkinliyi, ədəbi istedadı nəzərə alınaraq Pedaqoji şuranın qərarı ilə ona şəhər ibtidai məktəblərində müəllimlik etmək hüququ verilmişdir.
Eynəli bəy Naxçıvanda mədəni-maarif tədbirlərinin təşkilatçısı, tərəqqisevər ziyalılar dəstəsinin ilk müəllimi və tərbiyəçisi olmuşdur. Görkəmli ziyalı gimnaziyada oxuyarkən Naxçıvanda maarifçi mühitin formalaşmasında yaxından iştirak etmiş, 1882 - 1883 - cü illərdə burada "Ziyalı məclisi”, "Müsəlman dram incəsənəti cəmiyyəti” kimi ədəbi-mədəni mərkəzlər yaratmışdır. Görkəmli maarifçi bu mərkəzlərdə dövrün ictimai-siyasi məsələləri tez-tez müzakirə edilir, fanatizmə qarşı mübarizənin yolları araşdırılır, məktəblər, kitabxanalar açmaq qərara alınır və digər mədəni tədbirlər həyata keçirilirdi. Mədəniyyət tariximizə adını həm də teatr xadimi və tənqidçisi kimi həkk etdirən Eynəli bəy Sultanov Naxçıvanda teatr sənətinin təşəkkülündə mühüm xidmətlər göstərmişdir. O, qabaqcıl ziyalıları öz ətrafında toplayaraq Naxçıvan teatrının yaranmasında yaxından iştirak etmiş, bəzi tamaşalara rejissorluq, hətta aktyorluq etmişdir...

Fuad MİKAYIL