Mənzil almaq istəyənlərin nəzərinə

GunAz.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial media hesabında yazıb.
Onun sözlərinə görə, yeni dəyişiklik inşaat şirkətlərinin mənfəət vergisi üzrə yükünün azalmasına imkan verəcək:
“Belə ki, gəlirlərə satılan mənzilin müqavilə üzrə tam dəyəri deyil, faktiki göstəricilər daxil ediləcək. Anlaşıqlı olması üçün bu nümunəyə nəzərə salaq: mənzilin qiyməti 150 min manatdırsa, işin yerinə yetirilmə həcmi isə 90 min manat olubsa, o zaman 90 min manat gəlir bəyan ediləcək. Yəni, bəyan edilən gəlir əvvəllər olduğu kimi 150 min manat deyil, 90 min manat olacaq. Ayındır ki, gəlir nə qədər çox olursa ödənilən vergi məbləği də o qədər artır. Həmin bəyan edilən gəlirdən faktiki xərc bütövlükdə çıxılacaq. Bu isə inşaat şirkətinin mənfəət üzrə vergi yükü azalmasına və bu da onun sərəncamında daha çox vəsaitin qalmasına imkan verəcək”.
“Yeni dəyişiklik xüsusən də, inşası tam başa çatmayan mənzillər üzrə vergi yükünün və vergi ödənişlərinin azalmasına gətirib çıxaracaq. Bununla yanaşı, inşa edilən binalarda tikintisi başa çatmamış mənzillərdə də qiymətin azalmasına və eləcə də həmin mənzillərin daha optimal qiymətə təklif edilməsinə imkan yarada bilər. Çünki əvvəlki illərdən fərqli olaraq artıq bu ildən faktiki yerinə yetirilən iş nəzərə alınmaqla vergi hesablanacaq”, – V. Bayramov qeyd edib.