Bakıdakı elektrobuslarda gediş haqqı artırılır?

GunAz.az xəbər verir ki, məsələ ilə bağlı Publika.az-a açıqlama verən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov ictimai nəqliyyatda gediş haqqının Tarif Şurasının qərarı ilə tənzimləndiyini bildirib.
“Nəzərdə tutulan avtobusların alışı isə çox baha məbləğə başa gəlir. Onların istismar xərcləri də az deyil. Bu avtobusların texniki qulluğu, idarəsi benzinlə idarə olunanlardan daha çox vəsait tələb edir”, – o vurğulayıb.
Ekspert qeyd edib ki, nəzərdə tutulan yenilik gediş haqqı tariflərinə təsir etməyəcək.