Toyda verilən pullar saxta çıxıb

GunAz.az xəbər verir ki, bu sözləri Xalq artisti Könül Xasıyeva “Qonaqcanlı” verilişində deyib. Xanəndə toy məclisində başına gələn hadisəni bölüşüb. O bildirib ki, illər əvvəl qatıldığı məclisdə aldığı pullar saxta çıxıb:
“Adətdir, toyda şabaş olur. Bir dəfə də toya getdik, onda da dollar idi. Evə gəldik ki, hamısı saxta idi. 1990-ci illərdən danışıram… Şabaş yox, danışdığımız məbləğ idi. Təsəvvür edin, hamının pulunu verdim, səhər yığdılar ki, saxtadır. Evdə özümə qalanı da yoxlatdırdım, dedilər saxtadır. Bütün ansamblın pulunu evdən verdim”./Axşam.az