Sənubər İsgəndərliyə səhnədə ad günü sürprizi

Sənubər İsgəndərliyə səhnədə ad günü sürprizi Əməkdar artist Sənubər İsgəndərlinin ad günü olub.
GunAz.az xəbər verir ki, sənət dostları səhnədə aktrisaya sürpriz ediblər.
Belə ki, Akademik Milli Dram teatrında "Dəli yığıncağı" tamaşası üçün S.İsgəndərli səhnəyə çıxıb. Tamaşa başa çatdıqdan sonra isə Xalq artisti Nürəddin Mehdixanlı onu səhnədə təbrik edib.
Həmin görüntüləri yayımlayan aktrisa Doğum günümü səhnədə doğma kollektivlə birlikdə qeyd etdim. Bir aktrisa üçün bundan böyük hədiyyə nə ola bilər?

скачать dle 12.1
Geri qayıt