Emin Əmrullayev Uşaq Səfirlər Məclisinin üzvləri ilə görüşdü
Oktyabrın 17-də Uşaq Səfirlər Məclisinin üzvləri Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumuna hazırlıq çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevlə görüşüblər.GunAz.az xəbər verir ki, görüş zamanı Emin Əmrullayev artıq ənənə halını almış Ümumrespublika Uşaq Forumlarının əhəmiyyətinə toxunub, uşaqların inkişafında təhsilin önəmindən danışıb.
Görüşdə uşaqların təhsil hüquqları, məktəblərdə “STEAM” fənninin tədrisi, məktəb kitabxanaları, olimpiadalar, elektron dərsliklər və digər mövzularda müzakirələr aparılıb.
