Bakı restoranları COP29-a hazırlaşır

GunAz.az xəbər verir ki, bu barədə jurnalistlərə Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova məlumat verib.
"Bununla bağlı Milli Kulinariya Mərkəzi ilə birgə təlimlərə başlanılıb. COP29 çərçivəsində ölkəmizə gələcək qonaqlara həm milli mətbəximizin, həm də vegan və vegetarian menyuların təqdim edilməsi istiqamətində işlər davam etdirilir", - A.Hüseynova qeyd edib.