"SAKÜDER - 20" Anadoludan Əsintilər
Ötən gün-4 0ktyabr 2024-cü il tarixdə Muzey Mərkəzində SAKÜDER Türkiyə-Azərbaycan Qardaşlığı Cəmiyyətinin Təşkilatçılığı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Muzey Mərkəzinin dəstəyi ilə Muzey Mərkəzinin Dairəvi zalında rəssamlarımızın və sənətsevərlərimizin iştirakı ilə "Anadoludan Əsintilər" adlı sərginin açılışı oldu.Açılış mərasiminə qonaqlar,rəssamlar və bütün sənətsevərlər dəvət olunmuşdu.
Bakıda keçirilən sayca 3-cü təsviri incəsənət sərgisində 9 türk,16 azərbaycanlı rəssam olmaqla ümumilikdə 25 rəssam iştirak edirdi."SAKÜDER" Türkiyə-Azərbaycan Qardaşlığı "Anadoludan Əsintilər" sərgisində tanınmış Azərbaycan rəssamları ilə yanaşı türk rəssamlarının ümumilikdə 53 əsəri təqdim olundu. Sərgidə Tofiq Ağababayev, Çingiz Fərzəliyev, Suğra Bağırzadə, İsa Məmmədov, Arif Hüseynov, Fikrət İbrahimli, Günəş Abbas, Aygün Ahnazarova, Bənövşə Ağayeva, Cəmilə Əkbərova, Sevda Rüstəmova, Sevinc Seles, Sibel Acar Kutlu,Təranə Qəmərlinskaya və Uras Yurdagülün əsərləri nümayiş olundu.
"SAKÜDER 20" - Anadoludan Əsintilər" sərgisi çərçivəsində mükafatlandırma mərasimi keçirildi.
"SAKÜDER 20"- 2024 İL İNCƏSƏNƏT MÜKAFATLARI:
-Xalq rəssamı Tofiq Ağababayev
-Xalq rəssamı Çingiz Fərzəliyev
-Xalq rəssamı Suğra Bağırzadə
-İsa Mahmudova təqdim olundu.
Müzey Mərkəzində keçirilən
"Anadoludan Əsintilər" adlı sərgi 13 oktyabra qədər davam edəcəkdir.

Rəsmiyyə Heybətağaqızı