İşsizlikdən sığorta ödənişi kimlərə verilir?

İşsizlikdən sığorta ödənişi “İşsizlikdən sığorta haqqında” Qanunla nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat formasıdır.
Qanuna əsasən işsizlikdən sığorta ödənişi bu hallarda işdən azad edilmiş şəxslərə ödənilir:
Qanuna əsasən işsizlikdən sığorta ödənişi bu hallarda işdən azad edilmiş şəxslərə ödənilir:
- Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi;
- işçilərin sayı və ya ştatların ixtisar edilməsi;
- müəssisənin mülkiyyətçisi dəyişməsi;
- əmək müqaviləsinin müddəti qurtardıqda;
- əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olması;
- əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etməsi nəticəsində işdən azad olunan işsiz şəxslərə.