Jurnalistin qızı bağçada yıxılaraq öldü
GunAz.az xəbər verir ki, azyaşlının ölümü ilə bağlı məlumatı jurnalist Turan Etibaroğlu paylaşıb.
Məlumata görə, hadisə özəl bağçalardan birində baş verib.
Hadisə ilə bağlı TƏBİB-dən Globalinfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ötən gün saat 18:00 radələrində özəl tibb müəssisəsinin qəbul şöbəsindən çağırış daxil olub:
“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfində 2 yaşlı (qadın cinsli) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb”.
AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadənin 2 yaşlı qızının uşaq bağçasında ölməsi ilə bağlı araşdırma aparılır.
Report xəbər verir ki, hadisə ilə bağlı Səbail Rayon Prokurorluğu tərəfindən müvafiq ekspertizalar təyin olunub.
Prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib.
