Bülbüloğlunun sələfi KİM OLACAQ?
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində 124 saylı Şuşa-Ağdam-Xocavənd Seçki Dairəsindən bitərəf namizəd kimi qalib elan olunub. Mərkəzi Seçki Komissiyası səsverməyə dair protokolun və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə göndərib. P.Bülbüloğlu isə yaranmış fasilədən istifadə edərək, səfir kimi Rusiyaya son turnesinə çıxıb.
GunAz.az xəbər verir ki, sentyabrın 14-də, Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun son günü Rusiya Dövlət Ermitajında Polad Bülbüloğluna Ermitaj Mükafatının təqdimat mərasimi olub. Forumun Təşkilat Komitəsinin sədri, Rusiya Federasiyası baş nazirinin müavini Tatyana Qolikova mükafatı təqdim edib.
Ermitaj muzeyinin Georgi zalında baş tutan mərasimdə Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova və Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov, mədəniyyət xadimləri, diplomatlar iştirak ediblər.
Rusiya prezidentinin beynəlxalq mədəni əlaqələr üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy vurğulayıb ki, Polad Bülbüloğlu mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsinə xidmət edib. “O, dahi musiqiçi, dahi müğənnidir. Sevindirici haldır ki, Polad doğma torpağı Şuşadan deputat seçilib. Bu torpaq onun atasına və özünə möhtəşəm səslər bəxş edib. Qoy, bu səslər uzun illər Azərbaycanın inkişafına xidmət etsin”, – deyə Mixail Şvıdkoy bildirib.
Sonra Başqırdıstana gedən Polad Bülbüloğluna burada bu respublikanın xalq artisti adı verilib. Mükafatı ona Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin yaradıcı və elmi ziyalılarının Ufada keçirilən XVII Forumu çərçivəsində Başqırdıstan Respublikasının rəhbəri Radiy Xabirov təqdim edib.
Qeyd edək ki, Konstitusiya Məhkəməsinin yaxın günlərdə seçkilərin nəticələrini təsdiq edəcəyi gözlənilir. Bu isə o deməkdir ki, qərar elan olunduqdan dərhal sonra 2006-cı ildən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri olan Bülbüloğlu səfir postundan geri çağırılacaq. Bu isə həm də Bülbüloğlunun sələfinin kimliyini də müəyyənləşdirməlidir.
Aydındır ki, Rusiya səfiri postuna göndəriləcək şəxs iki ölkə arasında münasibətlərin spesifikliyini nəzərə almalıdır. Yəni Rusiyada səfir olmaq asan iş deyil və başqa dövlətlərdən fərqlənir. Çünki həm Rusiyada 3 milyondan çox azərbaycanlının yaşadığını nəzərə almaq lazımdır, həm regionda gedən proseslər fonunda Bakı-Moskva əlaqələrinin əhəmiyyəti diqqətə alınmalıdır. O baxımdan, səfir postuna namizədlər haqqında müzakirə aparıldığı deyilir.
Bir müddət əvvəl bu strateji posta YAP-ın seçki siyahısında olmayan deputat Elnur Allahverdiyevin adı hallanıb. Bundan başqa, Prezidentin köməkçilərindən birinin də Rusiyaya səfir göndəriləcəyi haqda iddialar dolaşmaqdadır. Rusiyaya göndərilə biləcək şəxslər arasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun da adı hallanıb. Başqa bir mənbə isə deyib ki, Bakı COP29 üçün qonaqları qəbul etməyə fəal şəkildə hazırlaşır və böyük ehtimalla Azərbaycanın Rusiyaya yeni səfirinin təyin edilməsində tələskənlik etməyə də bilər.
Ekspertlərə görə, Moskvaya elə bir şəxs səfir göndərilməlidir ki, Rusiya hakimiyyəti ilə sıx əlaqələr qura bilsin. Rusiya kimi ölkəyə təcrübəli, peşəkar birisi səfir göndərilməlidir. Nəzərə almaq lazımdır ki, erməni lobbisinin də güclü olduğu ölkələrdən biri Rusiyadır və Azərbaycan əleyhinə təbliğatlarını heç zaman dayandırmırlar. Bu istiqamətdə Rusiyadakı səfirimiz ölkəmizə qarşı təbliğatın qarşısını almağı bacarmalıdır.
Məlumat üçün deyək ki, səfir göndərmək qərarına gəlmiş hökumət bundan öncə qəbul edən tərəfdən razılıq (aqreman) alır. Aqreman məxfi şəkildə alınmalıdır. Aqreman sorğusunun edilməsi faktının açıqlanmasına yol verilmir, çünki sorğuya rədd cavabının aşkarlığı iki ölkə arasında münasibətlərin gərginləşməsinə gətirib çıxara bilər.
Azərbaycanla Rusiya arasında münasibətlərin səviyyəsi onu deməyə əsas verir ki, Azərbaycanın Rusiyaya göndərəcəyi səfir Moskva ilə heç bir problem yaşanmadan razılaşdırılacaq. Bir müddət öncə Şuşada keçirilən Beynəlxalq Media Forumda Rusiya ilə əlaqələrin indiki vəziyyəti və gələcək perspektivi barədə də suala cavabında Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdi ki, ikitərəfli münasibətlərdə həll oluna bilməyən məsələ mövcud deyil və uzun müddətdir ki, belədir: “Düşünürəm ki, hətta müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamədən əvvəl də belə idi. Prinsip etibarilə biz bütün məsələləri qarşılıqlı anlaşma, qarşılıqlı hörmət, qarşılıqlı maraqlar və xalqlarımızın münasibətlərinin çoxəsrlik tarixi nəzərə alınmaqla nizamlamışıq. Siz tamamilə haqlısınız, son vaxtlar Zirvə görüşlərinin intensivliyi artıb və buna böyük ehtiyac var. Biz apreldə Moskvada, bu ayın əvvəlində Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində görüşmüşük və güman ki, ilin sonuna qədər yenə görüşlər olacaq, mövzular çox genişdir. Ancaq onu da deməliyəm ki, indi əsasən gündəlik çox geniş olsa da, – siz, əlbəttə, gündəliyə hamıdan daha yaxşı bələdsiniz, – düşünürəm ki, yenə də ön plana çoxtərəfli əməkdaşlıq məsələləri çıxır. Çünki prinsip etibarilə, ikitərəfli əməkdaşlıqda artıq hər şey nizamlanıb.
Siyasi qarşılıqlı fəaliyyət uğurla davam etdirilir. Ticarət dövriyyəsi artır. Rusiya ilə Ermənistan arasında olduğu kimi deyil. Bildiyiniz kimi, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi son iki ildə 5 dəfə artıb, 1,5 milyard dollardan 7,3 milyard dollara çatıb. Ancaq çoxtərəfli əməkdaşlıqla bağlı məsələlərə gəldikdə, bu sahədə əlbəttə ki, həm tərəfdaşların, həm də başqa ölkələrin iştirakı ilə müzakirə etdiyimiz, həll etdiyimiz mövzular çoxdur. Bu, ilk növbədə, geosiyasi vəziyyət və həmişəkindən daha vacib olan Şimal-Cənub Nəqliyyat Dəhlizidir. Lakin bir çox başqa mövzular da var. Əminəm ki, münasibətlərimizin belə intensiv inkişafı həm ölkələrimiz, həm də bütövlükdə region üçün son dərəcə zəruridir”.
Siyasi analitiklər də hesab edirlər ki, Azərbaycanın Qarabağda suverenliyini tam bərpasından və Rusiya sülhməramlıları ölkəmizi tərk etdikdən sonra Bakı-Moskva münasibətləri siyasi baxımdan stabillik dövrünü yaşayır.
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Polad Bülbüloğlu hələ səfir vəzifəsindən rəsmən geri çağırılmadığı üçün onun yerinə təyin olunacaq səfirə aqreman alınması proseduru hər halda başlanmayıb. Bu prosedur yəqin ki, Polad Bülbüloğlu səfir vəzifəsindən azad ediləndən sonra başlanacaq: “Rusiya kimi strateji ölkəyə səfir təyinatında müəyyən xüsusi prinsiplər əsas götürülür. Azərbaycan və Rusiya arasında münasibətləri və 200 ildən artıq əlaqələri nəzərə alsaq, təbii ki, Rusiyaya göndəriləcək şəxs bir çox məsələlərlə bağlı xüsusi keyfiyyətlərə malik olmalıdır. Belə ki, həmin səfir Rusiyanı çox yaxşı bilməlidir, Rusiya cəmiyyətində, xüsusən də elitada ona qarşı müsbət münasibət olmalıdır. Həmin şəxs Rusiya siyasi mədəni və iqtisadi elitası ilə çox effektiv əlaqələr qurmağı, Rusiya mediası ilə işləməyi, Rusiyadakı azərbaycanlılarla sıx əlaqələr qurmağı bacarmalıdır. Təbii ki, eyni zamanda ölkəmizin Prezidentinə çox yaxın və sadiq şəxs olmalıdır. Şübhəsiz ki, səfir peşəkar diplomat olmalıdır, Rusiya mühitini və cəmiyyətini çox yaxşı tanımalıdır və özü də orada tanınmalıdır, qəbul edilməlidir, iki ölkə arasında bütün sahələrdə inkişafa töhfə verə biləcək addımları atmaq keyfiyyətlərinə malik bir şəxs olmalıdır. Yəqin ki, bu kriteriyalara uyğun gələn diplomatlardan biri səfir təyin olunacaq. Həmin şəxsin kim olacağını isə dəqiq söyləmək çətindir. Rusiya səfiri postunun uzun müddət boş saxlanmayacağını isə əminliklə söyləmək olar”./yenimusavat
Geri qayıtGunAz.az xəbər verir ki, sentyabrın 14-də, Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun son günü Rusiya Dövlət Ermitajında Polad Bülbüloğluna Ermitaj Mükafatının təqdimat mərasimi olub. Forumun Təşkilat Komitəsinin sədri, Rusiya Federasiyası baş nazirinin müavini Tatyana Qolikova mükafatı təqdim edib.