PMS imtahanı verəcək namizədlərin NƏZƏRİNƏ

DİM-dən GunAz.az-a bildirilib ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.
İmtahan iştirakçıları “Yaddaş kitabçası” ilə DİM-in saytından tanış ola bilərlər.