“Tələbəplus” kartı nəqliyyatda güzəştlər edəcək? - Rəsmi AÇIQLAMA

“TələbəPlus” kartları təhsilalanlara xüsusi keşbek, endirim və promokodlardan yararlanma imkanı yaradacaq.
Gələcəkdə bu kart tələbələrə nəqliyyatda güzəştlər edilməsini ehtiva edirmi?
GunAz.az xəbər verir ki, azedu.az Təhsil Portalı mövzu ilə bağlı Təhsilin İnkişafı Fonduna (TİF) sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq bildirildi ki, hələ ki, bu barədə dəqiq məlumat yoxdur:
“Fond güzəştlər barədə müəyyən təkliflər siyahısı hazırlayıb. Buraya qurumlar, restoranlar, kafelər, geyim mağazaları, dəftərxanalar, əyləncə mərkəzləri, kinoteatrlar, teatrlar, eləcə də muzeylər daxildir.
Hazırda həm sadaladığımız qurum və şirkətlərlə görüşlər keçirilir, həm də nəqliyyatla bağlı təkliflər verilib, danışıqlar aparılır. Lakin hələ tam razılıq əldə edilməmiş hansısa qurumun adını çəkə bilmərik.
Oktyabr ayında həm universitetlərin tam siyahısı, həm də qurumların adları müəyyənləşəcək”.