Sürücülərin NƏZƏRİNƏ - 20 avqust saat 22:00-dan etibarən...

Sürücülərin NƏZƏRİNƏ - 20 avqust saat 22:00-dan etibarən... Bakı şəhərində Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqları məqsədi ilə yollarda quraşdırma işləri sürətlə davam edir.
GunAz.az xəbər verir ki,Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən  verilən məlumata görə, 20 avqust saat 22:00-dan etibarən Səməd Vurğun küçəsinin Neftçilər prospekti kəsişməsindən Zərifə Əliyeva küçəsi kəsişməsinə qədər olan hissəsi nəqliyyata bağlı olacaq. Bu məhdudiyyət yarışlar bitənə qədər davam edəcək.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 2024-cü il, 13-15 sentyabr tarixlərində keçiriləcək.

скачать dle 12.1
Geri qayıt