Çörəyin qiyməti ilə bağlı əhaliyə mühüm xəbər

Bəs bu proses çörəyin qiymətinin azalmasına səbəb ola bilərmi?
GunAz.az xəbər verir ki,iqtisadçı ekspert Fuad İbrahimov açıqlamasında bildirib ki, unun ucuzlaşmasının çörəyinin qiymətinin azalmasına birbaşa təsiri ola bilər:
“Amma sağlam rəqabət şəraitində. Çünki məhsulun əsas xammalı ucuzlaşırsa, bu da istər-istəməz hazır məhsulun maya dəyərinə də öz təsirini göstərir. Lakin sağlam rəqabət olmayan yerdə maya dəyəri nə qədər azalsa da, hazır məhsul baha olaraq qalır.
Nəzərə alaq ki, çörək əsas qida və strateji məhsul olduğu üçün bu sahəyə dövlət nəzarəti kifayət qədər yüksəkdir. Son illərin təcrübəsində də gördük ki, ərzaqlıq buğda və unun qiyməti endikcə çörəyin də qiymətində azalma olub. Son zamanlar “zavod çörəyi”nin qiymətində iki dəfə eniş olub. Yəqin ki, budəfəki azalma da çörəyin qiymətinə öz təsirini göstərəcək və yaxın zamanlarda biz çörəyin ucuzlaşmasını görə bilərik”./ Bizim.media