Prezidentdən “Naxçıvan TV” ilə bağlı - Fərman

Prezidentdən “Naxçıvan TV” ilə bağlı - Fərman Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) siyahısı genişlənib.
GunAz.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.
Fərmana əsasən, siyahıya aşağıdakı qurumlar əlavə edilib:
- “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “Naxçıvan TV” televiziya yayımçısı;
- “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “Naxçıvan Radiosu” radio yayımçısı”.

скачать dle 12.1
Geri qayıt