Xalq yazıçısının qızı da deputat olmaq istəyir

Xalq yazıçısının qızı da deputat olmaq istəyir
Yeni formalaşcaq Milli Məclisdə kreslo tutmaq iddiasında olanlardan biri də baş nazirin sabiq müavini, xalq yazıçısı Elçin Əfəndiyevin qızı Günay Əfəndiyevadır.
GunAz.az xəbər verir ki, Günay Əfədiyeva sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcəyini təsdiqləyib.
Xalq yazıçısının qızı Günay Əfəndiyeva namizədliyini 14 saylı Xəzər-Pirallahı seçki dairəsindən irəli sürüb.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ilk prezidenti, diplomat olan Günay Əfəndiyevaya artıq MSK tərəfindən sənədlər təqdim edilib.
Günay Əfəndiyevanın namizəd olduğu dairədən Yeni Azərbaycan Partiyasınını namizədi 149 nömrəli məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Rəsulova Vüsalə Elman qızıdır.
Günay Əfəndiyeva 2004-cü ildən 2008-ci ilədək Azərbaycanın İstanbuldakı konsulluğunda mədəniyyət məsələləri üzrə müşavir vəzifəsində çalışıb.
Daha sonra diplomatik fəaliyyətini Azərbaycanda davam etdirib, UNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi vəzifəsinə təyin olunub. O, 2022-ci ilədək Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti olub.Teleqraf.com
скачать dle 12.1
Geri qayıt