Havada tozun miqdarı çoxdur

Havada tozun miqdarı çoxdur Bakı şəhəri və Abşeron yarımadasının atmosfer havasında sinoptik şəraitlə əlaqədar gecə saatlarından başlayaraq  toz müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib ki, avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən hazırda havada tozun miqdarı normadan 1.2- 1.4 dəfə artıqdır.
“Tozlu hava şəraitinin gün ərzində davam edəcəyi  gözlənilir”, - qurum rəsmisi əlavə edib.

скачать dle 12.1
Geri qayıt