Abşeronda torpaq sahəsinin normativ qiyməti ayrıca müəyyən EDİLƏCƏK
![Abşeronda torpaq sahəsinin normativ qiyməti ayrıca müəyyən EDİLƏCƏK](https://gunaz.az/uploads/posts/2024-06/medium/1719660764_1719660729428.jpg)
GunAz.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Abşeron rayonunda torpaq sahələrinin normativ qiyməti ayrıca müəyyən ediləcək. Bu baxımdan rayon 3 zonaya bölünüb.
Bundan başqa, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslərin inşa etdiyi müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələrinin texniki pasportlarında göstərilmiş bina və əsaslı tikililərin altında yerləşən torpaq sahələrinə (1) və bu kateqoriyaya aid edilməyən torpaq sahələrinə (2) bölünməsi ilə bağlı müddəa əsasnamədən çıxarılıb.