İtkin düşmüş şəhidin məzarı ziyarət olundu

GunAz.az xəbər verir ki, şəhidin əziz xatirəsinə hörmət əlaməti olaraq, şəhidin ailə üzvlərinin, rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının, rayon bələdiyyəsinin, ictimaiyyət nümayəndələrinin və din xadimlərinin iştirakı ilə şəhidin məzarı ziyarət olunub və RİH adından əklil və məzarı üzərinə gül-çiçəklər düzülüb.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən qədim ziyarətgahlardan hesab edilən İmamzadə türbəsində şəhidimizin xatirəsinə dualar oxunub, şəhidimizin ailə üzvlərinə müqəddəs Quran kitabı hədiyyə edilib və daha sonra isə ehsan süfrəsi təşkil olunub.
Qeyd edək ki, 1994-cü ilin fevral ayında Kəlbəcər rayonunda gedən döyüşlər zamanı itkin düşmüş şəhid Nəzafəti Arif Həmdulla oğlu 30.02.1994-cü ildən itkin düşmüş şəxs kimi hesab edilirdi. Bu günlərdə naməlum şəhid kimi dəfn olunmuş Nəzafəti Arif Həmdulla oğlunun dəfn olunduğu yer aşkarlanıb və kimliyi müəyyən edilib.Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən şəhidin qəbrinin üstü yenidən götürülüb və qara mərmərdən baş daşı qoyulub.