Girovluqdan azad edilən 1437 nəfərin 210-u uşaqdır

Girovluqdan azad edilən 1437 nəfərin 210-u uşaqdır
"197 nəfər Xocalı sakini itkin düşmüş kimi qeydiyyatdadır".

 Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib. O bildirib ki, həmin 197 nəfərdən 95-in əsir və girov götürülməsi barədə şahid ifadələri mövcuddur, onların arasında 12 uşaq var.
İ. Axundov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 3868 nəfər azərbaycanlı itkin düşmüş kimi qeydiyyatdadır: "Girovluqdan azad edilmiş 1437 nəfərin arasında 210 uşaq olub. Tərəfimizdən aparılmış araşdırmalar nəticəsində isə 179-dan çox naməlum qəbir aşkarlanıb. Bunlar şəhid məzarlarıdır. Həmin məzarlarda gələcəkdə eksqumasiya aparılacaq".

Gunaz.az
скачать dle 12.1
Geri qayıt