Güclü külək əsir - Faktiki hava

Güclü külək əsir - Faktiki hava Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən GunAz.az-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində arabir güclənən şimal-qərb küləyi əsir.
Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 23 m/s, Naftalanda 24 m/s, Goranboyda 23 m/s, Mingəçevirdə 20 m/s, Tərtərdə 18 m/s, Gəncədə 16 m/s-yə çatır.
Havanın maksimal temperaturu aprelin 21-də Bakıda və Abşeron yarımadasında 27-31, Naxçıvan MR-da 28, Aran rayonlarında 30-32, dağlıq rayonlarda 20-25 dərəcə isti olub.
Bəzi dağlıq və dağətəyi rayonlarda-Şahdağ, Qrız, Daşkəsən, Gədəbəy, Göygöl, Lerikdə şimşək çaxıb, arabir yağış yağıb.
скачать dle 12.1
Geri qayıt