Dərman vasitələrinin qiymətləri nə vaxt aşağı düşəcək?

Dərman vasitələrinin qiymətləri nə vaxt aşağı düşəcək?
Azərbaycanda dərman vasitələrinin qiymətləri sonuncu dəfə ötən il noyabrın 28-də manatın ABŞ dollarına nisbətdə məzənnəsi 1,7196 olan zaman tənzimlənib.
Bunu Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov dövlət qeydiyyatına alınmış dərman vəsaitlərinin qiymətlərinin tənzimlənməsi barədə keçirilən tədbirdə deyib.
İ.Məcidov qeyd edib ki, hazırda məzənnə bundan bir qədər yuxarıdır:
"Məzənnə bundan aşağı düşdüyü halda, dərman vasitələrinin qiymətləri də aşağı düşəcək, məzənnə fərqi 5 faizi keçdikdən sonra qiymətlərə yenidən baxılacaq".
Gunaz.az
скачать dle 12.1
Geri qayıt