Azərbaycanlılar da ABŞ-a səfərdən imtina edirlər

Azərbaycanlılar da ABŞ-a səfərdən imtina edirlər
Donald Tramp ABŞ prezidenti olduqdan, xüsusilə onun imzaladığı miqrasiya qanununun qüvvəyə minməsindən sonra Birləşmiş Ştatlara səfərlərə maraq bütün dünyada 17 faiz azalıb.
Virtualaz.org bildirir ki, bu məlumatı səyahətlərin planlaşdırılması üzrə dünyada ən məşhur şirkətlərdən biri olan "Hopper" yayıb.
Barak Obamanın prezidentlik müddətinin son iki və Donald Trampın birinci iki həftəsini müqayisə edən şirkət belə bir nəticəyə gəlib ki, ABŞ şəhərlərinə dünyanın müxtəlif ölkələrindən aviareyslərin axtarışına sorğuların miqdarı 17 faiz azalıb. Belə nətcə 122 dövlətdə aparılmış tədqiqatlara əsaslanır.
Azərbaycanda isə ABŞ-a getməyi arzu edənlərin sayı 19 faiz azalıb. Eyni göstərici Türkiyədə, Misirdə, Səudiyyə Ərəbistanında, İndoneziyada, Qətərdə və BƏƏ-də qeydə alınıb.

Gunaz.az

скачать dle 12.1
Geri qayıt