Bakıda DYP əməkdaşı yoxa çıxıb

Bakıda DYP əməkdaşı yoxa çıxıb
Azərbaycanda yol polisi yoxa çıxıb.
Bu haqda məlumatı Vətəninfo.az saytı yayıb. Daxili İşlər Nazirliyindən saytın sorğusuna cavab olaraq bildirilib ki, fevralın 3-də Bakı BPİ DYPİ-nin Növbətçi hissəsinin sürücü-polis nəfəri Əliş Kərimov ona təhkim olunmuş xidməti avtomobili idarənin yaxınlığında yol kənarında saxlayaraq öz rəhbərliyinə xəbər vermədən naməlum istiqamətdə gedib: "Hazırda onun qəfil gedişinin səbəbləri araşdırılır və yerinin müəyyən edilərək tapılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir”.

Gunaz.az

скачать dle 12.1
Geri qayıt