Marketlərdə bu məhsullar bahalaşdı

Marketlərdə bu məhsullar bahalaşdı
İki həftədir ki, gigiyenik məhsulların qiymətində artım müşahidə olunur.

Alıcıların sözlərinə görə, son 1 il ərzində bu vasitələrin qiyməti artan templə gedirdi. 15 gün ərzində isə sabun, şampun, yuyucu toz, dezodorant və bu kimi məhsullar yenə, 20 qəpik - 1 manat civarında bahalaşıb.

"Sözügedən məhsulların bahalaşmasını satıcılar da təsdiq edir”.

Onların sözlərinə görə, buna səbəb məhsulların gətirildiyi firmanın yeni qiymətlər müəyyənləşdirməsidir.

İqtisadçı ekspert Eyyub Kərimli gigiyenik məhsulların qiymət artımı 2 səbəblə əlaqələndirib.

Sözügedən tendensiyanın hələ bir müddət davam edəcəyi ehtimal edilir.
скачать dle 12.1
Geri qayıt