Azərbaycanda tanınmış həkim vəfat etdi

Azərbaycanda tanınmış həkim vəfat etdi
Tanınmış həkim Cəmaləddin İsgəndərli vəfat edib.

Bu barədə jurnalist Cavid İsmayıl məlumat yayıb.

Qeyd edək ki, İsgəndərli Cəmaləddin Hüseyn oğlu 1955-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub. 1977-1983-cü illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda Müalicə işi ixtisası üzrə təhsil alıb. 1981-1983-ci illərdə F.Əfəndiyev adına 4 nömrəli Şəhər Klinik xəstəxanasının Qəbul bölməsində tibb qardaşı kimi, 1983-1984-cü illərdə 2 №-li Şəhər Klinik xəstəxanasında həkim-interna kimi, 1984-1989-cu illərdə Ordubad Rayon Mərkəzi Xəstəxanasında baş həkim vəzifəsində çalışıb.

1989-cu ildə Azərsutikinti xəstəxanasında Qəbul bölməsində, 2018-ci ildə həmin xəstəxanada Baş həkimin müavini kimi çalışıb. 2018-ci ildə Qəbul şöbəsinin müdiri və baş həkimin müavini vəzifəsinin icrası həvalə edilib. 2020- 2022-ci illərdə Qəbul şöbəsinin müdiri vəzifəsində işləyib. 2022-ci ildən "Nizami Tibb Mərkəzi” PHŞ-in Təcili tibbi yardım şöbəsinin müdiri kimi fəaliyyət göstərirdi.
скачать dle 12.1
Geri qayıt