Bu il Həcc üçün bilet qiymətləri kəskin artıb

Bu il Həcc üçün bilet qiymətləri kəskin artıb
Sabahdan Azərbaycandan Həcc missiyası xətti ilə zəvvarlarımız Səudiyyə Ərəbistanına müqəddəs Həcc ziyarətinə səfər edəcəklər.

Bu il 1440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə 17-21 iyun tarixlərində ziyarətə yola düşəcək. Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlar təyyarə reysləri ilə 5-11 iyul tarixlərində Vətənə qayıdacaqlar.

Bu ilr nəfərlik ziyarət paketinin qiyməti 5 750 ABŞ dolları və 9 775 manat təşkil edir. Azərbaycandan bu il Həcc ziyarəti üçün nəzərdə tutulan qiymətdə 669 manat artım olub. Belə ki, keçən il üçün ziyarət qiyməti 9 106 manat təyin edilmişdi//metbuat.az
скачать dle 12.1
Geri qayıt