Sumqayıt parkında qanunsuz tikintinin qarşısı alındı

Sumqayıt parkında qanunsuz tikintinin qarşısı alındı
Sumqayıtda "Nəsimi” parkı ərazisində qanunsuz tikintinin qarşısı alınıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri Sumqayıt şəhərində yerləşən "Nəsimi” parkı ərazisində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edib.

Dövlət Agentliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin həyata keçirdiyi müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işinin qarşısı alınıb və tikilməkdə olan obyekt sökülüb//axar.az
скачать dle 12.1
Geri qayıt