"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, yanvarın 20-də səhər saatlarından metronun "20 Yanvar” stansiyasında qərənfillərdən ibarət kompozisiya olacaq: "Stansiyada matəm musiqisi səsləndiriləcək. Saat 12:00-da stansiyalarda hərəkət dayanacaq, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad ediləcək və qatarlar fit verəcək”. Nəsimi Paşayevin sözlərinə görə, gün ərzində bütün stansiyalarda qərənfillər düzüləcək və matəm musiqiləri səsləndiriləcək.