"Zəfərin mübarək, Azərbaycan!" adlı tədbir keçilirdi

"Zəfərin mübarək, Azərbaycan!" adlı tədbir keçilirdi
Bu gün məktəbimizdə "8 Noyabr Zəfər Günü"nə həsr olunmuş  "Zəfərin mübarək, Azərbaycan!" adlı tədbir keçilirdi.

Tədbirdə vətən müharibəsində döyüşmüş qazilər, bələdiyyə sədri və  qəsəbə icra  nümayəndəsi, "Abadlığ"ın Ramana kənd icraçısı və hərbi səfərbərliyin nümayəndələri iştirak etdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Şəhidlərimizin xatirəsi  bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə şagirdlər vətənpərvərlik və qələbə ruhlu şeirlər, tamaşalar  və mahnılar səsləndirdilər.

Tədbirin sonunda Polkovnik Leytenant Rəşad İsrafilov, Mayor Əhmədov Elvin, Gizir İsgəndərov Mövsüm, Məlikov Teymur, Əhmədzadə İsmayıl, Allahyarov Muxtar, Həsənov Rüstəm, Paşayev Ağarza, Məmmədov Ələkbər, Sabunçu rayon əlillər cəmiyyətinin müavini Bağırov Şahin və digərləri məktəb tərəfindən fəxri fərmanla təltif olundular.

Sonda isə tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkildi.
 
Fəridə Qafarqızı
"Zəfərin mübarək, Azərbaycan!" adlı tədbir keçilirdi
"Zəfərin mübarək, Azərbaycan!" adlı tədbir keçilirdi
"Zəfərin mübarək, Azərbaycan!" adlı tədbir keçilirdi

скачать dle 12.1
Geri qayıt