SON DƏQİQƏ

Bu gün hava necə olacaq?

Tarix:

11-08-2022, 08:15

/ 1 130 dəfə oxundu.
Bu gün hava necə olacaq?

Avqustun 11-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti olacaq.

 

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında sava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 12-17° isti, gündüz 18-23° isti olacaq

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ