SON DƏQİQƏ

Fədakar insan-SABİR RÜSTƏMXANLI

Tarix:

21-05-2022, 14:00

/ 1 613 dəfə oxundu.
Fədakar insan-SABİR RÜSTƏMXANLI

Tələbəlik illərində fəalləğı ilə seçilən Sabir bəyin Ədəbiyyatımıza olan sevgisi onu ilk olaraq   1967-ci ildə Azərbaycan Yazıçılar İttifaqının orqanı olan "Ədəbiyyat və incəsənət" qəzetinə gəlməsinə yol açır.Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirərək 1976-cı ildə "Molla Nəsrəddin" və folklor" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsinə yiyələnmişdir.

İctimai-siyasi fəaliyyəti çox geniş olan Sabir bəy 1989-cu ildə Azərbaycanda ilk müstəqil, demokratik qəzet olan "Azərbaycan" qəzetini təsis etmiş və iki il bu oxunaqlı qəzetin  baş redaktoru olmuşdur.

1990-cı ildə Azərbaycan Xalq Cəbhəsindən Parlamentə deputat seçilmiş, Demokratik deputat fraksiyasının həmsədri, Qaçqınlarla iş komissiyasının sədri olmuşdur.
26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir
1991–1995-ci illərdə Mətbuat və İnformasiya naziri vəzifəsini icra etmişdir.
1992-ci ildə bir qrup ziyalı ilə Vətəndaş Həmrəyliyi Partiyasını təsis etmişdir, bu günə qədər partiyanın sədridir.
1995-ci ildə Mətbuat və informasiya naziri vəzifəsindən istefa vermişdir.
23 may 1996-cı ildə Azərbaycan Respublikası prezidentinin fərmanıyla "Şöhrət" ordeni ilə təltif edilsə də bu təltifdən imtina etmişdir.
2003-cü ildə Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülmüşdür.
2005 və 2010-cu illərdə Milli Məclisə keçirilən seçkilərdə 72 saylı Yardımlı-Masallı dairəsindən deputat olmuşdur.
Sabir bəyin diasporada fəaliyyəti danılmazdır, Azərbaycanın ən böyük diaspora təşkilat olan Dünya Azərbaycanlıları Konqresinin üzvüdür. Müxtəlif vaxtlarda konqresin Məclis sədri, İdarə Heyətinin üzvü və sədri olmuşdur. 2008 və 2011-ci illərdə Dünya Azərbaycanlıları Konqresinə keçirilən X və XI qurultaylarında həmsədr seçilmişdir.
20 may 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şöhrət” ordeni ilə təltif edilərək layiqli mükafatını aldı. Hal-hazırda Milli Məclisin deputatıdır
 Sabir bəyi yubileyi və yüksək mükafata layiq görülməsi münasibəti ilə təbrik edir, can sağlığı, ictimai-siyasi həyatında uğurlar arzulayırıq.
GunAz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ