SON DƏQİQƏ

Sabaha olan hava proqnozu açıqlanıb

Tarix:

27-04-2022, 13:53

/ 2 344 dəfə oxundu.
Sabaha olan hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 21-26° isti olacaq. Bakıda gecə 14-16° isti, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65% olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 26-31° isti, dağlarda gecə 0-5° isti, gündüz 12-17° isti olacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ