SON DƏQİQƏ

Bu gün Ramazan ayının sonuncu günüdür

Tarix:

12-05-2021, 13:10

/ 3 774 dəfə oxundu.
Bu gün Ramazan ayının sonuncu günüdür

Bu gün Ramazan ayının 29-cu, yəni sonuncu günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 13-ü (şəvval ayının 1-i) Ramazan bayramıdır.

GünAz.az xəbər verir ki, Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı isə Ramazan ayının son günü — Bayram axşamı şam namazından sonradır.

QMİ-nin Qazılar Şurasının Fətvasına görə adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur.

скачать dle 12.1

Şərhlər