SON DƏQİQƏ
» » Bahar Muradova yeni binası üçün 158 min manat XƏRCLƏYƏCƏK

Bahar Muradova yeni binası üçün 158 min manat XƏRCLƏYƏCƏK

Tarix:

3-05-2021, 19:49

/ 6 078 dəfə oxundu.
Bahar Muradova yeni binası üçün 158 min manat XƏRCLƏYƏCƏK

Ailə, Qadın və Uşaq Porblemləri üzrə Dövlət Komitəsi İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin yeni binasının təchizatı ilə bağlı keçirdiyi satınalma müsabiqəsinin qalibini açıqlayıb.

GünAz.az xəbər verir ki, qalib şirkət "Xəzər İnşaat KO” MMC-dir.

Komitə sözügedən MMC-nin göstərdiyi xidmət müqabilində ona 158 045.66 AZN ödəyəcək. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Xəzər İnşaat KO” MMC 10 dekabr 2007-ci il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Fətəlixan Xoyski prospekti, ev 130, mənzil 4-də yerləşir. Şirkətin qanuni təmsilçisi Atayev Elvin Elşən oğludur. "Xəzər İnşaat KO” MMC barəsində açıq mənbələrdə məlumat son dərəcə məhduddur. MMC-nin adına yalnız Bakı Apellyasiya Məhkəməsinin databazasında və Respublika qəzetinin satınalma müsabiqəsinin nəticələri barədə dərc etdiyi elanda rast gəlinir./reportyor.info/скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ