"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin idarə rəisi vəfat edib.
GünAz.az xəbər verir ki, ASC-nin Şəki Suvarma Sistemləri İdarəsinin rəisi Sadəddin Əhmədov dünyasını dəyişib.
Onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, S.Əhmədov 2014-cü ildə Prezident İlham Əliyev tərəfindən su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə "Tərəqqi” medalı ilə təltif edilib./report/