SON DƏQİQƏ
» » Bakı Baş Gömrük İdarəsi haqda ŞOK İDDİA: “İnsanların qanını içirlər”

Bakı Baş Gömrük İdarəsi haqda ŞOK İDDİA: “İnsanların qanını içirlər”

Tarix:

14-04-2021, 12:06

/ 3 649 dəfə oxundu.
Bakı Baş Gömrük İdarəsi haqda ŞOK İDDİA: “İnsanların qanını içirlər”

Dövlət Gömrük Komitəsi – Azərbaycanda bəlkə də ən çox şikayət edilən qurumlardan biridir bu komitə… Vətəndaşlarla kobud rəftardan tutmuş, hansısa məhsula görə əsassız rüsum tələb olunmasına qədər bir çox qanunsuzluğu müşahidə etmək olar gömrüyün divarları arasında. Təəssüflər olsun ki, bu özbaşınalıqlar haqda indiyədək heç bir tədbir görülməyib. Elə bu səbəbdən də Dövlət Gömrük Komitəsinin çiynində "ulduz” daşıyan yüksək rütbəli məmurundan tutmuş, adi məhsul boşaldan fəhləsinə qədər hər bir əməkdaşı xirtdəyə qədər korrupsiya çirkabına bulaşıb. Bunu biz yox, başlarına min bir müsibətin gətirilməsindən çəkinən və bu səbəbdən də adlarının yazılmasını istəməyən sahibkarlar deyirlər.

GünAz.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin, Bakı Şəhər Baş Gömrük İdarəsinin özbaşınalıqları artıq elə bir həddə çatıb ki, Səfər Mehdiyev istəsə də, oradakı korrupsiyanı və özbaşınalığı yığışdıra bilməz. Sahibkarların sözlərinə görə, orada vaxtilə vəzifəyə təyin olunan və indi də böyük korrupsiya əməlləri ilə məşğul olan yüksək rütbəli inspektorlar var ki,  insanların qanını içirlər. Vətəndaşları (sahibkarları) elə incidirlər ki, hər kəs onlara rüşvət vermək üçün bir yol axtarır.

Adlarının çəkilməsindən ehtiyat edən sahibkarlar əsasən maliyyə inspektorlarının (mayor Kamran Əliyev – red) özbaşınalıqlarından cana doyduqlarını bildirirlər. Sahibkarın gətirdiyi mala statistik dəyər çıxaran bu şəxs və ya şəxslər böyük qanun pozuntularına yol verirlər. Belə ki, destribüterin ölkəyə gətirdiyi maldan gömrük işçiləri  internet maqazində olan qiymətlə vergi tələb edirlər. Halbuki  destribüter malı gətirdiyi ölkədən ucuz qiymətə və vergisiz alır. Lakin korrupsiya girdabında boğulan gömrük əməkdaşları həmin məhsulun statistik qiymətini pərakəndə və ya internet satış dəyəri ilə hesablayıb sahibkarı soyurlar.

Bakı Şəhər Baş Gömrük İdarəsində digər bir özbaşınalıq isə saxta idarəçilik mexanizminin yaradılmasıdır. Bu mexanizm elə qurulub ki, inspektorla sahibkarlar əlaqə qura bilmirlər. Sahibkarlar yalnız rəhbər şəxslərlə əlaqə qurmalıdırlar. Bunun isə mümkünsüz olduğu gün kimi aydındır. Sahibkarların sözlərinə görə, invoys dəyəri qəpik-quruş olan bir mala görə də idarə gigiyenik sertifikat tələb edir. Proses isə təxminən belə olur. Təsəvvür edin ki, dövlət rüsumu 17 manat olan gigiyenik sertifikatı almaq üçün iş adamları Səhiyyə Nazirliyinin Sanitar-Karantin Müfəttişliyinə 300 manat pul verirlər. İndi təsəvvür edin ki, bir iş adamı 20 ton mal gətirir və hamısına da sertifikat alır. Lakin gətirdiyi malın içində çəkisi 40-50 kiloqram olan məhsula (invoys dəyəri cəmi 200 manatdır) görə də 300 manatlıq gigiyenik sertifikat tələb edirlər. Belə olan halda isə daşıma şirkəti gününə 100 manatdan sahibkara cərimə yazır.

Bakı Şəhər Baş Gömrük İdarəsinin fəaliyyəti ilə bağlı korrupsiya faktları bununla da bitmir. İş adamlarının sözlərinə görə, elə nehrəmlilər var ki, bir TIR dolu malı (invoys dəyəri 10-30 min dollar olan) sertifikatsız çıxarırlar. Lakin onlara "gözün üstə qaşın var” deyən yoxdur. Əsasən arxası olmayan iş adamlarını incidirlər. Dövlət Gömrük Komitəsinə göndərilən şikayət məktubları isə araşdırılmır. Əksinə, şikayət edəni axtarıb tapmağa və başına olmazın müsibətlər gətirməyə çalışırlar – bunu da sahibkarlar deyir.

Dəyəri 50 qəpiyə başa gələn məhsula 1,2 manat pul verərək, "rastamoşka” edən sahibkarlar onu da deyirlər ki, 80 qəpiklik məhsulu daha yüksək qiymətə satmaq məcburiyyətində qalırlar ki, bu da bahalaşmaya səbəb olur.

Bakı Şəhər Baş Gömrük İdarəsinin mühafizəçilərindən tutmuş, fəhlələrinə qədər hər bir əməkdaşın sahibkarlarla pis rəftar etdiyi göz qabağındadır. Sahibkarlar bildirirlər ki, maliyyə inspektoru Kamran Əliyev vəzifəsindən sui-istifadə edərək onlarla kobud davranır. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Bakı Şəhər Baş Gömrük İdarəsində araşdırma aparsa, o zaman fəhlələr qarışıq bütün işçilər həbs olunar. Çünki büdcədən maaş alan fəhlələr də pul vermədikdə malı necə gəldi boşaldıb sahibkara ciddi ziyan vururlar.

Natiq Səlim,

KONKRET.az

P.S. İddialarla bağlı adıçəkilən qurumun da mövqeyini işıqlandırmağa hazırıq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ